Qazaxda İsmayıl Şıxlının abidəsinin açılışı olub - Fotolar

Qazaxda İsmayıl Şıxlının abidəsinin açılışı olub - Fotolar
calendar 11 sentyabr 2021
clock 11:00

Bu gün Qazax rayonunun Kosalar kəndində Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd orta məktəbinin həm əsaslı təmiri, həm də İsmayıl Şıxlının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olub.


Bu barədə kulis.aza rejissor Tahir Tahiroviç məlumat verib. O, bildirib ki, Qazax rayon İcra hakimiyyətinin başçısı Rəcəb Babaşov, yazıçının övladları Elçin Şıxlı və Fərrux Şıxlı abidənin önündəki qırmızı lenti kəsərək mərasimi açıq elan ediblər.


Mərasimdə Rafiq İsmayılov, Qulu Məhərrəmli, Arif Əliyev, Məti Osmanoğlu, Tahir Tahiroviç və digər ziyalılar çıxış edərək ürək sözlərini ifadə ediblər.

view 2341 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news