Qazilərimizdən bəhs edən film çəkildi

Qazilərimizdən bəhs edən film çəkildi
calendar 18 yanvar 2021
clock 14:29

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Müharibə əlillərinin tanıdılması ilə bağlı təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində “Üç qazi, üç tale” sənədli filmI çəkilib.

Kulis.az xəbər verir ki, film Qarabağ döyüşlərində ağır yaralanaraq 1-ci qrup Qarabağ əlili olmuş üç şəxsin keçdikləri ömür yolundan bəhs edir. Çəkilişlər Bakı və Gəncə şəhərlərində aparılıb.

Filmdə qazilərin şərəfli döyüş yolundan, ağır yaralanmalarına baxmayaraq həyat eşqlərinin böyük olmasından söz açılır.

Xatırladaq ki, Şəmistan Əlizamanlının layihə rəhbəri olduğu sənədli filmin məsləhətçisi və ssenari müəllifi Rey Kərimoğlu, rejissoru Roman Yaşar, redaktoru Rəşad Sahildir.

view 1716 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news