Qodar koronavirusdan danışacaq

Qodar koronavirusdan danışacaq
calendar 7 aprel 2020
clock 17:20

Jan Lyuk Qodar Koronavirusdan danışacaq.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, ötən gün Lozan Kanton Sənət məktəbi (ECAL) sosial şəbəkələrdəki hesabları vasitəsi ilə bildirib ki, Fransız yeni dalğasının öncüllərindən hesab olunan məşhur rejissor Jan Lyuk Qodar bu gün ECAL-ın "İnstagram" hesabı vasitəsi ilə “Koronavirus günlərindən mənzərələr” adı altında canlı söhbət edəcək.

“Son nəfəsdə”, “Nifrət”, “Həyatını yaşa”, “Qadın qadındır” kimi filmlərin rejissoru Jan Luk Qodar karyerasının ilk illərindən bəri tənha həyatı ilə tanınıb. Son illərdə izdihamlı kütlə və media qarşısına çıxmadığından təşkil olunan bu görüş film həvəskarları üçün xüsusi əhəmiyyət kəsb edir.

view 2223 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news