Rəssamlarımızın əsərləri Polşada

Rəssamlarımızın əsərləri Polşada
calendar 25 iyun 2020
clock 18:56

Polşanın Rıbnik şəhərinin Gənclərin Mədəniyyət Mərkəzində balaca rəssamların əl işlərindən ibarət sərgi açılıb.

Mərkəzin 35 illiyinə həsr olunmuş sərgidə 35 ölkədən olan rəssamın 3339 əsəri nümayiş edilib. Bunların arasında azərbaycanlı rəssamların əl işləri də var. Sərgidə Türkiyə, Belarus, Slovakiya, Tailand, Çin, Almaniya və digər ölkələrdən olan balaca rəssamların göndərdikləri rəsmlər də yer alıb.

İlkin olaraq, yubiley tədbirlərinin daha geniş formatda keçirilməsi planlaşdırılsa da, koronavirusla bağlı elan edilmiş pandemiya səbəbindən mərkəz rəhbərliyi yalnız sərgi ilə kifayətlənməli olub. /azertag.az/

view 1432 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news