Rəssamların əsərlərinin onlayn satışı təşkil ediləcək

Rəssamların əsərlərinin onlayn satışı təşkil ediləcək
calendar 3 sentyabr 2020
clock 14:31

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və “Artgift Azerbaijan”ın dəstəyi ilə sentyabrın 7-də saat 18:00-da Azərbaycan rəssamlarının onlayn satış sərgisi təşkil olunacaq.

Sərgi respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə həyəta keçirilir.

Sərgidə Bakıda, respublikanın şəhər və rayonlarında yaşayan orta və gənc nəsil rəssamların rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi və satışı nəzərdə tutulur.

Ekspozisiyada sənətkarların yaradıcılıq nümunələri, onların mənzərə, portret, natürmort, tarixi, məişət janrında müxtəlif üslublarda çəkdikləri əsərlər öz əksini tapacaq.

Azərbaycan rəssamlarının onlayn satış sərgisi www.artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsilə təqdim ediləcək. /azertag.az/

view 2163 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news