Rus aktyoru vəfat etdi

Rus aktyoru vəfat etdi
calendar 8 sentyabr 2020
clock 10:55

Tanınmış rus aktyoru Sergey Koltakov vəfat edib.

Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə yumor ustası Semyon Slepakov İnstaqram səhifəsində məlumat verib. 64 yaşlı aktyorun ölüm səbəbi açıqlanmayıb.

Sergey Koltakov 10 dekabr 1955-ci ildə Barnaulda anadan olub. 1979-cu ildə Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun aktyorluq fakültəsini bitirib və 1981-ci ildə ilk Gleb Panfilovun "Valentina" filmində rol alıb. Daha sonra Koltakov "Hipsterlər", "Ölümcül Güc", "Kolovratın Əfsanəsi", "Pyrammmida", "Ekaterina", "Novaya Zemlya", kimi filmlər və seriallar sayəsində məşhurlaşıb.

view 2235 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news