Salam Qədirzadənin yaradıcılığına həsr olunmuş virtual sərgi

Salam Qədirzadənin yaradıcılığına həsr olunmuş virtual sərgi
calendar 14 aprel 2020
clock 18:42

Görkəmli Azərbaycan yazıçısı, dramaturq Salam Qədirzadənin yaradıcılığına həsr olunmuş virtual sərgi hazırlanıb.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası tərəfindən təşkil olunub.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatında görkəmli yerlərdən birini tutan Salam Qədirzadə pyesləri, roman və povestləri ilə oxucuların məhəbbətini qazanıb. Ədibin dramaturq kimi yaratdıqları da tamaşaçıların rəğbətini qazanıb, onun pyesləri təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova və digər ölkələrdə səhnəyə qoyulub. “Hardasan, ay subaylıq”, “Həmişəxanım”, “Gurultulu məhəbbət”, “Şirinbala bal yığır” kimi komediyaları isə elə indi də gündəmdədir. /azertag.az/

view 2033 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news