Salam Sarvanın kitabı Ukrayna radiosunda müzakirə olundu

Salam Sarvanın kitabı Ukrayna radiosunda müzakirə olundu
calendar 26 avqust 2020
clock 16:49

Ukrayna radiosunun “Kultura” radioefiri tanınmış Azərbaycan şairi Salam Sarvanın bu yaxınlarda Kiyevdə işıq üzü görmüş “Boğulmaq da olmur, dayazdı dünya” adlı şeirlər kitabının müzakirəsinə həsr olunub.


Kulis.az xəbər verir ki, “Kultura” radiosunun aparıcısı Lyudmila Lyaxeviç, layihənin Ukrayna üzrə məsul katibi Marina Qonçaruk və tanınmış Ukrayna tərcüməçisi, şair Lesya Mudrak Salam Sarvanın kitaba daxil edilmiş şeirlərinin müzakirəsi ilə yanaşı, Ukrayna və Azərbaycanda ədəbi proses, Ukrayna–Azərbaycan ədəbi əlaqələrinin inkişafı, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin bu istiqamətdə fəaliyyəti, təşkilatın müasir dünyada əhəmiyyəti və rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparıblar.


Verilişin sonunda kitabın tərcüməçisi Lesya Mudrak Salam Sarvanın şeirlərindən nümunələr səsləndirib.

view 1950 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news