Salam Sarvanın kitabı Ukraynda nəşr olundu

Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
calendar 1 avqust 2020
clock 19:07

Salam Sarvanın ukrain dilinə tərcümə edilmiş “Boğulmaq da olmur, dayazdı dünya” kitabı Ukraynada işıq üzü görüb.

Kulis.az xəbər verir ki, “Sammit-kniqa” nəşriyyatında çap olunmuş kitaba şairin “Darıxma, düzəlməyəcək”, “Yatağımız çay yatağı”, “Yorulub, vuruldun mənə”, “Kəndirbaz” kimi 100-dən çox şeiri daxil edilib.

Şeirlərin ukrain dilinə tərcüməçisi və Ön sözün müəllifi tanınmış Ukrayna şairi və ictimai xadimi, Ümumdünya poeziya festivalının qalibi Lesya Mudrakdır.

Gallery

view 2204 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news