Senatdan uyğurlarla bağlı şok təklif

Senatdan uyğurlarla bağlı şok təklif
calendar 25 sentyabr 2020
clock 12:31

Amerikalı senatorlar tərəfindən “Netflix”ə Çinli yazıçı Liu Qixinin trilogiyasını çəkməkdən imtina etmək təklif olunub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı beş respublikaçı senator, film və serial platforması “Netflix”ə məktub yazaraq, çinli yazıçı Liu Qixinin əsərləri əsasında serial çəkilməməsi ilə bağlı müraciət edib.

Tenessee senatoru Marşa Blakburnun liderlik etdiyi senatorlar, məktublarında çinli yazıçı Liu Qixinin, Pekinin Sincan Uyğur Muxtar Bölgəsindəki müsəlmanlara qarşı aparılan etnik təmizləmə siyasətini dəstəklədiyini vurğulayıblar.

Senatorlar Qixinin üç kitabdan ibarət silsilə əsəri əsasında serial çəkiləcəyi ilə bağlı açıqlama verən “Netflix”ə verdiyi qərarı yenidən gözdən keçirməsini təklif ediblər. Onlar qeyd ediblər ki, Sincanda göz önündə baş verən vəhşiliklərə rəğmən rahatlıqla belə bir qərar verilə bilməz, bu qərar cinayətə ortaq olmaqdır.

view 1856 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news