Sevinc Elsevərin hekayələr kitabı çap olunacaq

Sevinc Elsevərin hekayələr kitabı çap olunacaq
calendar 29 iyul 2021
clock 11:05

Yazıçı Sevinc Elsevərin “Çarpayı cırıltısı” adlı ilk hekayələr kitabı çap olunacaq.

Kulis.az xəbər verir ki, “Mücrü” nəşriyyatının çap edəcəyi kitabda müəllifin 2008-2020-ci illərdə qələmə aldığı 30-dan artıq hekayəsi, bir povesti və bir monopyesi toplanıb.

Müəllifin müxtəlif illərdə qələmə aldığı bu hekayələrdə bir sıra sosial, ictimai problemlərə toxunulur, müəyyən bir dövrə işıq tutulur, çoxlu obrazlar, hadisələr təsvir olunur. Bir çox hekayələrdə müəllif ənənəvi qadın mövzusuna da sadiq qalır.

Kitabın payızda nəşr olunması gözlənilir.

view 1843 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news