Şəhriyar del Gerani 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Kulis.az-a açıqlama verən şair bildirib ki, təxminən 5 gün ərizndə hərarəti yüksək olub və halsızlıq hiss edib. Hazırda xəstəxanada müalicə alan Şəhriyar del Gerani koronavirus üzrə testdən keçdiyini bildirib.
"Həkimlər "COVİD-19" virusuna yoluxub-yoluxmadığımı dəqiqləşdirmək üçün bazar günü boğazımdan yaxma götürüb. Əgər nəticə pozitiv çıxsa, təyinatı üzrə müalicə alacam. Əks halda soyuqdəymə diaqnozu ilə evə buraxılacam".
- Süjetdəki ölüm və ya Sabir Yusifoğlunun üç nöqtələri - Emil Rasimoğlu
- Ankarada Xalq yazıçısı Anarla görüş keçirildi
- Şayamalanın "Tələ"si - Treyler
Şair əvvəllər də bu tip xəstəliklərə yoluxduğunu, lakin yüksək hərarətinin uzun müddət sürmədiyini bildirib.
"5-ci gün gecə saatlarından qızdırmam qalxıb. Təxminən 5 gün ərzində temperaturum 40 dərəcədən düşməyib".
Hazırda xəstəliklə bağlı sümük ağrılarının olduğunu deyən şair temperaturunun 37 dərəcəyə düşdüyünü bildirib.