Sənə saxladığım duzlu öpüşlər... - Şeir

Sənə saxladığım duzlu öpüşlər... - Şeir
calendar 24 sentyabr 2020
clock 12:11

Kulis.az Aysel Xanlarqızının yeni şeirini təqdim edir.

Tək səni düşünər balıq yaddaşım,
Sən xoşbəxt olduğum balıqçı toru...
Necə də gözəlmiş dəlicə sevmək,
İlişib qaldığım o qarmaqları...

Üç istək buraxım ovuclarına,
Boş qalan çiynimdən boylan səhərə...
Mən sənin səadət pəncərən olum,
Gəl köç ruhumdakı böyük şəhərə...

Gözümün aynalı akvariumunda,
Nəfəsi darıxan qəlsəmələrim,
Sənə saxladığım duzlu öpüşlər...
Sahilim boyunca üzsün əllərin...

Başqa bir dənizə bir də tor atma,
Bir daha sulara qaytarma məni.
Sən mənim balıqçım,mənsə üç arzun,
Sənə bagışlayım sahillərimi.

view 2093 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news