Səyyad Əlizadədən pis xəbər: Vəziyyəti ağırdır

Səyyad Əlizadədən pis xəbər: Vəziyyəti ağırdır
calendar 14 sentyabr 2021
clock 16:01

Yeni növ koronavirusa (COVID-19) yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti ağırdır.

Bu barədə APA-ya qohumu Razim Qarayev məlumat verib.

O, sənətçinin həyat yoldaşının da koronavirusa yoluxduğunu bildirib: “Hazırda yoldaşı palatada, Səyyad bəy isə reanimasiyadadır, süni tənəffüs aparatına qoşulub. Vəziyyəti ağırdır.”

Qeyd edək ki, 10 gün əvvəl koronavirusa yoluxan müğənni Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada müalicə olunur.

view 2707 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news