Azərbaycanlı aşıq Ulduz Azaflı dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, bu haqda şairə Nazilə Səfərli məlumat verib. O bildirib ki, əslən Tovuzdan olan sənətçi Rusiyada yaşayırmış.
Yaxınları mərhumun nəşini Azərbaycana gətirməyə çalışırlar. Onlar pandemiya ilə əlaqədar bu işdə çətinlik çəkdiklərini bildiriblər və Moskvada yaşayan həmyerlilərimizdən yardım istəyiblər.
- Teymur Rəcəbov Dünya Kubokuna sahib olub
- Öpmək yox, qoxlamaq
- Qəşəm Nəcəfzadənin şeirləri Fransada və İspaniyada
Qeyd edək ki, Ulduz ustad aşıq Azaflı Mikayılın səkkizinci övladıdır.