Tanınmış bəstəkar-müğənni "Həqq məndədir" adlı solo konsert verdi

Tanınmış bəstəkar-müğənni "Həqq məndədir" adlı solo konsert verdi
calendar 23 dekabr 2019
clock 09:40

Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində bəstəkar-müğənni Sevinc Ağasıyevanın “Nəsimi ili”nə həsr edilmiş “Həqq məndədir” adlı solo konserti olub.

Kulis.az xəbər verir ki, konsertdə Əməkdar artist, tarzən Şəhriyar İmanov, bədii qiraət ustası Xəzər Süleymanlı çıxış ediblər. Tofiq Quliyev, Süleyman Ələsgərov və Sevinc Ağasıyevanın İmadəddin Nəsiminin qəzəllərinə bəstələnən mahnıları səslənib, şairin qəzəlləri oxunub.

Tədbirdə, həmçinin Sevinc Ağasıyevanın ifasında musiqisi tanınmış kamança ustası Mark Eliyahuya, sözləri Nəsimiyə aid olan “Etməgil” mahnısının klipi də təqdim olunub.

view 2079 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news