Tanınmış şairin qızı Qüdsdə konsert verdi - Foto

Tanınmış şairin qızı Qüdsdə konsert verdi - Foto
calendar 7 dekabr 2019
clock 14:01

6-cı muğam televiziya müsabiqəsinin “Qran-Pri” mükafatçısı, AzTV-nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, gənc xanəndə Almaxanım Əhmədli Qüdsdə solo konsert verib.

Kulis.az xəbər verir ki, Qüds Milli Konservatoriyasının dəvəti ilə reallaşan tədbir elə konservatoriyanın konsert salonunda keçirilib.

Gallery

Xanəndəni gənc istedadlı tarzən Rəşad İbrahimovun rəhbərliyi ilə “Muğam” qrupu müşayiət edib. Almaxanımın ifa etdiyi muğam, təsnif və xalq mahnılarından ibarət 90 dəqiqəlik kompozisiya ərəb tamaşaçıları tərəfindən alqışlarla qarşılanıb. İstedadlı musiqiçilər Təbriz Yusifov (kamança), Aysu Sadıqova (kanon) və Elnur Əliyev (nağara) yüksək məharət və peşəkarlıqla milli musiqimizi təbliğ ediblər.

Gallery

Almaxanım Əhmədli və “Muğam” qrupu Qüds Milli Konservatoriyasının fəxri fərmanı ilə təltif olunublar.

Qeyd edək ki, Almaxanım Əhmədli tanınmış şair Vüqar Əhmədin qızıdır.

view 3147 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news