Tanınmış tənqidçinin "Seçilmiş əsərləri" nəşr olundu

Tanınmış tənqidçinin "Seçilmiş əsərləri" nəşr olundu
calendar 31 iyul 2020
clock 16:28

Tanınmış ədəbiyyatşünas, tənqidçi Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” nəşr edilib.

Kulis.az xəbər verir ki, kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda nəşr edilib.

Nəşrin məsləhətçisi və ön sözün müəllifi Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir, redaktoru professor Alxan Bayramoğlu, tərtibçiləri isə filologiya elmləri doktoru, professor İslam Qəribli və filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımovadır.

Kitaba AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun “Azərbaycan Molla Nəsrəddini” monqrafiyası və seçilmiş məqalələri daxil edilib.

Kitabın nəşriyyat redaktorları filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova, Maral Poladova və Mehparə Axundovadır.

Gallery

view 2148 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news