Tbilisidə Azərbaycan muzeyləri açıldı

Tbilisidə Azərbaycan muzeyləri açıldı
calendar 7 iyul 2020
clock 14:02

Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Nəriman Nərimanov adına xatirə muzeyi bu gündən fəaliyyətini bərpa edib.

APA-nın yerli bürosu xəbər verir ki, ziyarətçilər hər iki muzeyə Gürcüstan Səhiyyə Nazirliyinin hazırladığı xüsusi təlimata uyğun qəbul edilirlər.

Termal yoxlanışdan keçirilən ziyarətçilərdən tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq tələb edilir.

Qeyd edək ki, COVİD-19 pandemiyası səbəbi ilə Gürcüstanda muzeylər mart aynın ortalarından etibarən fəaliyyətlərini müvəqqəti dayandırmışdı.

view 1945 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news