Teatr rəhbərləri ilə görüş keçirildi

Teatr rəhbərləri ilə görüş keçirildi
calendar 25 iyun 2021
clock 10:36

Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Elnur Əliyev və nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında ölkədə fəaliyyət göstərən teatr müəssisələrinin rəhbərləri ilə görüş keçiriblər.

Nazirlikdən Kulis.aza bildirilib ki, görüşdə ilk öncə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən, Qələbəyə aparan yoldan bəhs olunub.

Görüş mədəniyyət, xüsusilə teatr sahəsində mövcud problemlərin müzakirəsi ilə davam edib. Eyni zamanda, bu sahədə həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparılıb.

Sonda müəssisə rəhbərlərinə qısa zamanda teatr sahəsində mövcud olan problemlərin həlli istiqamətində təkliflərin hazırlanması və nazirliyə təqdim edilməsi tapşırılıb.

view 1440 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news