Bir müddət əvvəl Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi koronavirusla mübarizə çərçivəsində teatrlara, teatr ictimaiyyətinə və teatrsevərlərə "Evdə qal, sağlam ol! şüarı altında çağırış ünvanlamışdılar.
Teatrdan Kulis.az-a verilən məlumata görə, Gənc Tamaşaçılar Teatrının #evdəqal çağırışına yaxın və uzaq xaricdən olan nüfuzlu teatrlar da qoşulublar.
Belə ki, Azərbaycan Teatrının çağırışına Türkiyə, İran İslam Respublikası, Gürcüstan, Özbəkistan, Qırğızstan, Tacikistan, Rusiya, Şimali Osetiya, Kalmıkiya, Ukrayna və Avstriyanın tanınmış teatrları da qoşulub.
- “Elm və həyat” jurnalının yeni sayı nəşr olunub
- "Qəhrəmanlar müəllimlərdir" sənədli filmi çəkildi
- Məşhur aktyoru 45 il həbs gözləyir
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı hər kəsi bu təşəbbüsə qoşulmağa səsləyir.
Beləliklə: “Siz də bu təşəbbüsə qoşulun, koronavirusa yoluxma riskinizi azaldın”..