Tom Kruz mükafatlarından imtina etdi - Qalmaqal

Tom Kruz mükafatlarından imtina etdi - Qalmaqal
calendar 11 may 2021
clock 11:30

Məşhur Hollivud aktyoru Tom Kruz ən yaxşı kişi roluna görə üç filmdən qazandığı “Qızıl qlobus” mükafatlarını geri qaytardı.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu addımı həmkarı Skarlett Yohanssona dəstək məqsədi ilə atıb.

Belə ki, qalmaqal böyük film şirkətlərinin mükafatlarını təqdim edən Hollivud Xarici Mətbuat Birliyinin daxili islahalatlarını təxirə salmasından sonra başlayıb. Araşdırma zamanı etirazçılar irqçiliyə işarə edərək 87 üzv arasında bir dənə də olsun qaradərilinin olmamasını əsas gətirdilər. “Neftlix” və “Amazon” kimi nəhəng şirkətlərin bu etirazına aktrisa Skarlett Yohansson, onun ardınca isə Tom Kruz qoşuldu.

Təşkilatçılar həm təşkilatın özündə, həm də bütövlükdə sənayedə lazımi dəyişiklikləri edəcəyini vəd ediblər.

view 3235 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news