Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi

Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
calendar 14 avqust 2020
clock 16:05

Tom Kruzun baş rolda çəkildiyi “Missiya mümkün deyil 7” filminin setində qəza baş verdiyi üçün çəkilişlər təxirə salınıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, filmin 2 milyon sterlinq dəyərində olan setində ciddi maddi ziyana səbəb olan yanğın baş verib. Yanğına səbəb motosiklet təkərindən çıxan qığılcımların karton materialı alışdırması olub. Hadisə zamanı yaralananların olmadığı bildirilsə də çəkilişlərin müvəqqəti olaraq dayandırıldığı deyilib.

Qeyd edək ki, sözgedən filmin 2021-ci ildə nümayiş olunması gözlənilir.

view 2370 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news