Tovstonoqovun kitabı ilk dəfə Azərbaycan dilində

Tovstonoqovun kitabı ilk dəfə Azərbaycan dilində
calendar 1 mart 2021
clock 17:49

Rusiyanın görkəmli teatr rejissoru, pedaqoq Georgi Tovstonoqovun kitabı Azərbaycan dilinə tərcümə edilib.

Kulis.az xəbər verir ki, “Səhnə güzgüsü” adlı kitabda müəllifin “Stanislavski dövrü”, “Klassika haqqında düşüncələr”, “İdeyanın gerçəkləşdirilməsi”, “Yeni fikirlər axtarışında”, “İncəsənətdə vətəndaşlıq mövqeyi haqqında” və digər başlıqlı məqalələri toplanıb.

Kitabda rejissorluq və aktyorluq peşəsinin incəlikləri, sənət dünyasının gizli qatlarında cərəyan edən proseslər dərin təhlil və araşdırmalarla izah edilir.

Əsərlərin tərcümə müəllifi Bəhlul Abbasov, redaktoru Nəriman Əbdülrəhmanlıdır.


Kitabı şəhərimizin mağazalarından əldə etmək olar.

view 1234 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news