Tramp Nobelə namizəd göstərildi

Tramp Nobelə namizəd göstərildi
calendar 9 sentyabr 2020
clock 17:01

ABŞ prezidenti Donald Tramp Nobel sülh mükafatına namizəd göstərilib.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, Donald Tramp İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı "tarixi sülh razılaşması" na verdiyi töhfəyə görə Norveç Parlamentinin üzvü Kristian Tibrinq-Qedde tərəfindən namizəd göstərilib.

Nobel Komitəsinə yazdığı namizədlik məktubunda Tibrinq-Qedde Tramp administrasiyasının İsrail ilə BƏƏ arasında əlaqələrin qurulmasında əsas rol oynadığını qeyd edib.

view 1904 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news