Türkiyənin “TRT Muzik” televiziya kanalı Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə “Qarabağda bayram var” devizi altında geniş konsert proqramı yayımlayıb.
Kulis.az xəbər verir ki, Prezident İlham Əliyevə məxsus tarixi “Qarabağ Azərbaycandır!” ifadəsi proqramın səhnə tərtibatının əsas görünüşündə əksini tapıb.
Aparıcı Azərbaycana və Qarabağa dair şeirlər söyləyib, hərb tariximizdə şərəf dastanı yaradan müzəffər Ordumuzun rəşadətli qələbəsi barədə tamaşaçılara məlumat verib. İşğal altındakı torpaqlarımızın düşməndən geri alınması bütün türk dünyasının tarixi zəfəri kimi dəyərləndirilib.
- Müəmmalı qətl: Yəhudi bankiri kim öldürmüşdü?
- Rüstəm İbrahimbəyov dünya şöhrətli rejissorları mükafatlandırdı - Foto
- “Mənə sığınacaq ver, ey yeganə tanış sərhəd! - Söhrab Sipehrinin şeirləri
Canlı yayınla nümayiş olunan konsertdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Türk dünyası mahnı və rəqs ansamblının ifasında Azərbaycan mahnıları və rəqsləri təqdim olunub./azertag.az/