Türkiyə növbəti il "Avroviziya"da iştirak edəcəkmi?

Türkiyə növbəti il "Avroviziya"da iştirak edəcəkmi?
calendar 22 iyun 2021
clock 15:44

Türkiyə “Avroviziya” mahnı müsabiqəsinə yenidən qatılmaq istəyir.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə TRT-nin baş direktoru İbrahim Eren məlumat yayıb.

O, sosial media hesabında qeyd edib ki, yarışmaya qatılmaq barədə danışıqlara başlanılıb. Danışıqlar müsbət nəticə verdiyi halda Türkiyə gələn il müsabiqədə yer alacaq.

Qeyd edək ki, 2013-cü ildən bəri Türkiyə "Avroviziya" müsabiqəsində iştirak etmir.

view 1789 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news