UNESCO həyəcan təbili çaldı- 10 milyon insan işsiz qalacaq

UNESCO həyəcan təbili çaldı- 10 milyon insan işsiz qalacaq
calendar 25 dekabr 2020
clock 15:20

UNESCO pandemiyanın sərt təsir etdiyi sənət dünyasındaki çətin vəziyyətə diqqət çəkib. Təşkilat kino sektorunda 10 milyon insanın işini itirəcəyini, musiqi dünyasının isə 10 milyard dollar ziyana düşəcəyi proqnozunu verdi.

Kulis.az. xarici mediaya istinadən xəbər verir ki, UNESCO epidemiyanın daha çox zərbə vurduğu sənət dünyasındaki böhran tablosuna diqqət çəkərək, sənət Covid-19-un təsirlərinə qarşı həyatda qalmağa çalışır deyib. Bundan başqa kino sektorunda 10 milyon insanın işsiz qalacağını bildirib.

Düya miqyasında aparılan araşdırmalar nəticəsində əldə edilən faktlar təkcə kino dünyası ilə bağlı deyil. UNESCO aylardır bağlı qalan muzey və incəsənət qalereyalarında işləyənlərin də bu təhlükə ilə üz-üzə olduğunu qeyd edib. Musiqi sektorunda 6 ay boyunca konsert keçirilməməsindən doğan maddi ziyanın 10 milyon dollar ola biləcəyini vurulayıb.

view 1733 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news