Uşaqlar üçün tamaşa olacaq

Uşaqlar üçün tamaşa olacaq
calendar 21 may 2020
clock 15:01

Azərbaycan Gənc Tamaşaçılar Teatrının səhnəsində bolqar yazıçısı Panço Pançevin “Dörd əkizin nağılı” əsəri əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa sənət ocağının sosial şəbəkədəki hesabları vasitəsilə nümayiş olunacaq.

Saat 14-də göstəriləcək tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.

Tamaşada musiqi tərtibatının müəllifliyi İradə Muradovaya, səhnənin rəqslər və plastikası Vüsal Mehrəliyevə məxsusdur.

Qeyd edək ki, tamaşa uşaqlar üçün nəzərdə tutulub. /azertag.az/

view 1438 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news