Varisin romanı Özbəkistanda çap olundu

Varisin romanı Özbəkistanda çap olundu
calendar 27 aprel 2021
clock 09:32

Daşkənddəki “Yangi asr avlodi” nəşriyyatında Azərbaycan yazıçısı Varisin “Sonuncu ölən ümidlərdir” romanı özbək dilində çap olunub.

Kulis.az xəbər verir ki, romanı özbək dilinə Azərbaycan ədəbiyyatının dostu, jurnalist və tərcüməçi Rüstəm Cabbarov çevirib.

R.Cabbarovun tərcüməsində Varisin “Sənə inanıram” romanı bu nəşriyyatda ötən il işıq üzü görüb.

Varisin “77 gün” romanı isə R.Cabbarovun tərcüməsində hissə-hissə “Darakçi” qəzetində dərc edilib və bu ilin sonunadək kitab kimi nəşri nəzərdə tutulub.

Xatırladaq ki, bir çox Azərbaycan yazıçısının əsərləri Daşkənddə R.Cabbarovun tərcüməsində çap olunub.

view 1569 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news