Varisin romanı Özbəkistanda çap olundu - Foto

Varisin romanı Özbəkistanda çap olundu - Foto
calendar 25 fevral 2021
clock 08:37

Daşkənddəki “Yanqi asr avlodi” nəşriyyatı Azərbaycan yazıçısı Varisin “Sənə inanıram” romanını özbək dilində çap edib.

Romanı orijinaldan özbək dilinə ədəbiyyatımızın yaxın dostu, yazıçı və tərcüməçi Rüstəm Cabbarov çevirib.

Rüstəm Cabbarov Varisin digər romanı - “Sonuncu ölən ümidlərdir” əsərini də özbək dilinə tərcümə edib və çapını gözləyir.

Xatırladırıq ki, Varisin kitabları Özbəkistandan başqa Rusiya, Türkiyə və digər ölkələrdə də çap olunub. /AzərTAC/

view 1178 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news