Vatikan muzeylərinin fəaliyyəti bərpa edildi

Vatikan muzeylərinin fəaliyyəti bərpa edildi
calendar 2 iyun 2020
clock 18:50

Papa kolleksiyaları və dahi Mikelancelo və Rafaelin divarüstü rəsmlərini (freskalarını) nümayiş etdirən Vatikan muzeyləri iki aylıq karantindən sonra qapılarını ziyarətçilərin üzünə açıb. Eksponatlara baxmaq üçün artıq 1600 nəfər bilet alıb.

Bu barədə muzeylər direktoru Barbara Yatta məlumat verib.

“Bizdə yaxşı xəbər var. Muzeylərə 1600 ziyarətçinin gəlişi gözlənilir. Növbəti gün üçün isə mindən çox bilet sifariş olunub. Bilet əldə edənlərin çoxu yerli vətəndaşlar olsa da biz hər şeydən razıyıq”, - deyə B.Yatta bildirib.

Qeyd olunub ki, muzeylərin açılışı böyük bir bayramdır və bu münasibətlə ziyarətçilər üçün xüsusi hədiyyələr hazırlanıb. Eyni zamanda, bərpadan sonra Rafael otaqlarına (stanzelərə) aid olan Konstantin zalı tamamilə açılıb. Bu, rəssamın freskalar ilə rənglədiyi papaların keçmiş ibadət otaqlarından biri sayılır. /azertag.az/

view 2119 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news