Vəfat edən şairənin xatirəsinə mükafat təsis edildi

Vəfat edən şairənin xatirəsinə mükafat təsis edildi
calendar 7 may 2020
clock 19:05

Ötən həftə xərçəngdən vəfat edən tanınmış şairə Fərqanə Mehdiyevanın xatirəsinə “Fərqanə” mükafatı təsis edilib.

Kulis.az xəbər verir ki, bu barədə Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar qeyd edib.

O bildirib ki, mükafat hər il Fərqanə Mehdiyevanın doğum günü ərəfəsində qadın yazarlar arasında ədəbi müsabiqə təşkil olunmaqla veriləcək.

Qeyd edək ki, hələlik müsabiqənin şərtləri açıqlanmayıb.

view 2245 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news