Rusiyanın Xalq artisti Mixail Kokşenov 83 yaşında vəfat edib.
Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı aktyorun dostu, şairə Lyubov Voropaeva Facebook hesabından paylaşıb.
Aktyorun ölüm səbəbi göstərilmir.
- Görünməyən kölgələr - Yeni hekayə
- Nikol Kidman və Sandra Ballak 26 ildən sonra yeni filmdə
- Axillesin deffekti
Qeyd edək ki, Mixail Kokşenov "Zenya, Zeneçka və Katyuşa", "Dauria", "Bu ola bilməz!", "Çar Peter Arapa ilə evlənmə nağılı", "Kiçik faciələr", "Sportloto-82 "," Deribasovskayada hava yaxşıdır” və " Şirley-mirli " filmlərində rol alıb. Koşenov eyni zamanda 15 filmə rejissorluq edib.