“Xalq artisti, rejissor Eldar Quliyev xəstəxanaya yerləşdirilib”.
Bu barədə APA-ya Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri, Xalq artisti Şəfiqə Məmmədova məlumat verib.
O bildirib ki, tanınmış rejissor bir neçə gün əvvəl infarkt keçirib: “O, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Kardiologiya şöbəsinin reanimasiyasına yerləşdirilib. Hazırda vəziyyəti ağır-stabildir”.
- Ölümsüzlük - Borxesin hekayəsi
- Həyat uğrunda yarış FOTOLENT
- “Tacik Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib
ARKİ sədri Eldar Quliyevin 80 illiyi münasibəti ilə təltif edildiyini də vurğulayıb.
Qeyd edək ki, tanınmış rejissor Eldar Quliyevin bu gün 80 yaşı tamam olur.