Xalq artistinin şəxsi arxiv fondu yaradılıb

Xalq artistinin şəxsi arxiv fondu yaradılıb
calendar 8 sentyabr 2021
clock 17:01

Azərbaycan Dövlət Film Fondunda tanınmış aktyor və rejissor, Xalq artisti Şahmar Ələkbərovun şəxsi arxiv fondu yaradılıb.

Kulis.az xəbər verir ki, şəxsi arxiv fonduna mərhum sənətkarın həyat və yaradıcılığını əks etdirən 200-dən artıq nadir fotoşəkil, həmçinin qəzet məqalələri, plakatlar, jurnallar, rejissor ssenariləri və başqa arxiv materialları daxildir.

Qeyd edək ki, arxivin böyük hissəsi Ş.Ələkbərovun ailəsi tərəfindən təhvil verilib.

view 2016 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news