Xalq yazıçısının qızı yüksək vəzifəyə təyin olundu

Xalq yazıçısının qızı yüksək vəzifəyə təyin olundu
calendar 1 fevral 2021
clock 16:53

Humay Əfəndiyeva Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunub.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Humay Elçın qızı Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Məsələ səsə qoyularaq qəbul edilib.

Humay Elçin qızı Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

Humay Əfəndiyeva daha sonra and içib.

Qeyd edək ki, Humay Əfəndiyeva Xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.

view 7268 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news