Xanım yazarın povesti tamaşa oldu

Xanım yazarın povesti tamaşa oldu
calendar 28 fevral 2020
clock 15:27

Yazıçı Narıngül Nadirin “Günəş üzlü qadın” povestinin motivləri əsasında hazırlanmış “Yuva” tamaşası nümayiş olunacaq.

Kulis. az xəbər verir ki, mart ayının 9-da “Pak” teatrının quruluşunda yazıçı Narıngül Nadirin “Günəş üzlü qadın” povestinin motivləri əsasında hazırlanmış “Yuva” tamaşası Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində nümayiş olunacaq.

Əsas motivini sırf insani dəyərlər, sevgi, xəyanət və ailədaxili münasibətlərin təşkil etdiyi tamaşanın quruluşçu rejissoru Kəmalə Səlim Müslümqızıdır.

Rollarda Mehdi Quliyev, Ceyran Baxışova, Əminə Cəfərova, Namiq Həsənov və Könül Şakirqızı iştirak edəcəklər.

Tamaşanın musiqi tərtibatçısı Rəna Əhmədova, işıq rejissoru Elvin Əliyev, rəssam Həyat Sultanovadır.

view 2269 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news