Xaricdə yaşayan musiqiçilərimiz onlayn konsert verəcəklər

Xaricdə yaşayan musiqiçilərimiz onlayn konsert verəcəklər
calendar 23 aprel 2020
clock 16:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başlatdığı #senetinledestekle challenge-inə bu həftə dünyanın bir çox ölkələrində yaşayan və Azərbaycan musiqisini uğurla təmsil edən ifaçılar qoşulacaq.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 23-ü saat 21.00-da Türkiyədən Əməkdar artist İslam Manafov və onun qızı - dirijor, bəstəkar və pianoçu, Əməkdar artist Turan Manafzadə hamını #evdəqal-mağa səsləyəcəklər.

Aprelin 24-ü saat 20.00-da gənc fleyta ustası Ağarəhim Quliyev Fransanın paytaxtı Paris şəhərindən, aprelin 25-i isə saat 21.00-da İspaniyanın paytaxtı Madrid şəhərindən skripka musiqisini gənc və istedadlı ifaçı Kamran Ömərli təqdim edəcəklər.

Konsertlər Baş İdarənin @bakimedeniyyetidaresi rəsmi “İnstagram” hesabından canlı yayımlanacaq. İzləyicilər həmçinin sənətçilərimizlə birbaşa ünsiyyət qurub, onlara suallarını, arzu və istəklərini ünvanlaya biləcəklər.

Xaricdə yaşayan həmvətənlərimiz onlayn konsert verəcəklər

view 2055 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news