Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü

Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
calendar 4 avqust 2021
clock 18:01

Türkiyənin Marmaris şəhərində davam edən yanğın tanınmış aktyor Şahan Gökbakarın evinə yaxınlaşıb.

Kulis.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkə hesabında açdığı canlı yayım zamanı danışıb. O, göz yaşlarını saxlaya bilməyib müvafiq qurumlardan təyyarə göndərilməsini xahiş edib.

Şahan Gökbakarın bu addımı insanların tənqidinə səbəb olub. Onlar aktyoru özünü düşünməkdə və eqoistlikdə ittiham ediblər.

Bundan sonra aktyor növbəti canlı yayımında yanğının söndürülməsi üçün min ədəd yanğın balonu və digər avadanlıqlar aldığını deyib:

“Evim hələ yanğın təhlükəsində deyil, ancaq evimin yanmağını görmək istəyənlər üçün də həmin gün gələndə, heç kimdən kömək istəməyəcəm!”.

view 2482 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news