Yaponiyada muzey qarət olundu

Yaponiyada muzey qarət olundu
calendar 22 avqust 2020
clock 14:40

Yaponiyanın cənubunda yerləşən məşhur İqaryu Ninja muzeyi qarət olunub.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, bir neçə gün əvvəl muzeyə gələn ziyarətçi girişlərindən əldə olunan gəlirin saxlanıldığı sandıq qarətçilər tərəfindən oğurlanıb.

Oğurluq baş verən zaman təhlükəsizlik siqnalı işə düşsə də, polislər hadisə yerinə gələnə qədər qarətçilər qaçmağa nail olublar.

150 kilo ağırlığı olan sandığın içərisində 1100 ziyarətçidən əldə olunan gəlirin olduğu bildirilib.

view 2600 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news