Yazıçılar Birliyindəki balacaboy kişinin zarafatı – İngiltərədən yazırlar...

Yazıçılar Birliyindəki balacaboy kişinin zarafatı – İngiltərədən yazırlar...
calendar 6 may 2021
clock 10:24

Kulis.az İngiltərədə yaşayan şair Rauf Qaraişığın “Daşkənddə oturan Qoca” yazısını təqdim edir.

Uşaqlarla Azərbaycan Yazıçılar Birliyinə getmişdik. 90-cı illər idi. Bina bomboş idi. Gəlib-gəlib bir açıq qapı tapdıq, gördük bir balaca adam yekə masanın dalında oturub tavana baxır.

- Salam! Fikrət Qoca harda oturur, deməzsiz? - deyə soruşdum.

Alçaq boylu adam bizi yuxarıdan-aşağı süzmək istədi, ancaq alınmadı, boyu balaca idi çünki, həm də oturmuşdu, bəlkə də üzündəki zəhrimarın ağırlığından başını çox qaldıra bilmədi.

- Daşkənddə! - deyə pəsdən cavab verdi o bəstəboy adam.

Bunun üzünə nə təhər bozardımsa, acıqlı-acıqlı qayıtdı ki, konfrans var, ora gedib.

Yavaşca, bir xlorlu Sumqayıt söyüşü söyəndən sonra uşaqlardan soruşdum ki, bu kimdir, dedilər İsa İsmayılzadə.

Hə, yadımda bir misrası ilə qalmışdı adı, tanıdım:

Mənim oyuncağım olmayıb heç vaxt

Hə, nə isə, çox dilxor olduq.

Zatən, o, AYB-nin üfunət və xəyanət dolu havası ağır gəlmişdi bizə, tez çölə çıxdıq.

… Sinəsinə kimi yerə soxulmuş əllərində alov yanan o məşhur komissar gədə ümidsiz-ümidsiz başını aşağı salmışdı.

Sumqayıtdan kənd, qəsəbə basa-basa gəlib Basin küçəsində "üç olmuşduq"...

Həə, dedim, Fikrət Qoca ilə bağlı bir xatirəmi bölüşüm sizinlə.

Deyir, dünən rəhmətə gedib.

ARE.

Bütün Bakı komissarlarına ARE.

Southampton
05.05.2021

view 1426 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news