Yazıçılar Donald Trampa kitab qadağası qoydular

Yazıçılar Donald Trampa kitab qadağası qoydular
calendar 22 yanvar 2021
clock 11:32

ABŞ-da prezidentlik müddəti başa çatan Donald Trampın kitab yayımlayacağı iddialarına qarşı aralarında yazıçı, redaktor və naşirlərin də olduğu 250 nəfər ortaq bir qərara imza atıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, “Xainlərə kitab müqaviləsi yox” şüarı altında bir qrup yazıçı, redaktor və naşir Donald Trampın bundan sonra yazacağı hər hansı bir xatirə kitabını yayımlamağı rədd etmələrini tələb edib. Kampayaya dəstək verən insanlar bildiriblər ki, uşaqları qəfəsə salan və inqilaba təşviq edən bir rejimin heç bir kitab müqaviləsinin olmamalıdır. Məktuba imza atan nəşriyyatlar arasında “Penguin Random House”, “Hachette Book Group”, “HarperCollins”, “Simon&Schuster” və “Macmillan”nın da əməkdaşları var.

Xatırladaq ki, ötən il “Washington Post”da digər Amerika prezidentləri kimi Trampın da vəzifəsi başa çatdıqdan sonra kitab yazacağı iddiası yer almışdı. Bundan başqa “New York Post” Trampın 100 milyon dollarlıq televiziya proqramı və kitab müqaviləsi bağlamağı planlaşdırdığın iddia etmişdi

view 1733 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news