Yazıçımız beynəlxalq ədəbiyyat müsabiqəsində - İlk dəfə

Yazıçımız beynəlxalq ədəbiyyat müsabiqəsində - İlk dəfə
calendar 27 iyul 2021
clock 10:51

Azərbaycanlı yazar Nemət Mətin Rusiyada keçirilən “Stupen k Parnasu” adlı beynəlxalq ədəbiyyat müsabiqəsinə qatılıb.

Kulis.azın verdiyi xəbərə görə, 28 ölkədən 600 hekayənin iştirak edəcəyi müsabiqənin əvvəlcə uzun siyahısı hazırlanacaq, daha sonra qaliblər seçiləcək.

Müsabiqənin təşkilatçısı yazıçı Valerian Markarov və “PARNAS” Çağdaş Yazıçıların Beynəlxalq Yaradıcılıq Birliyidir.

Həmyerlimiz müsabiqədə “Mənim tanrım” hekayəsi ilə çıxış edir.

O, bu layihədə iştirak edən ilk azərbaycanlıdır.

Uğurlar diləyirik!

view 2027 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news