Zibil qutusundan sərvət dəyərində rəsm əsəri tapıldı

Zibil qutusundan sərvət dəyərində rəsm əsəri tapıldı
calendar 12 dekabr 2020
clock 10:24

Düsseldorf hava limanının zibil qutusundan dəyəri 280 min avro olan rəsm əsəri tapılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, noyabrın 27-də İsrailə gedən bir iş adamı hava limanında fransız rəssam Yves Tanguya məxsus olan sürreal rəsm əsərini unudub. İsrail hava limanına çatan iş adamı dərhal Alman polisi ilə əlaqə saxlayaraq vəziyyəti izah edib. Polis sözçüsü, səlahiyyətlilərin əvvəlcə sənət əsərlərini tapa bilmədiklərini, ancaq sonra əsəri hava limanının zibil qutularından birində tapıldığınıə bildirib.

Xatırladaq ki, Yves Tanguy sürrealist rəssamdır. Rəssamın sözügedən əsərinin əsas mövzusu qəribə mənzərələr-halüsinasiyalardır.



view 2195 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news