Ziyarətçi sayı 71 gündə on milyonu ötdü

Ziyarətçi sayı 71 gündə on milyonu ötdü
calendar 28 may 2020
clock 11:45

Məşhur Luvr muzeyinə onlayn ziyarətçi sayı 71 gündə on milyonu ötdü.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbi ilə 12 mart - 22 may tarixləri arasında muzey üçün təşkil olunan onlayn ziyarətçilərin böyük əksəriyyətini ABŞ vətəndaşları təşkil edir.

Bu siyahıdakı ikinci sırada çinlilər, üçüncü də isə fransızlar dayanır.

Xatırladaq ki, Luvr muzeyini keçən il eyni tarixlərdə 14 milyon turist canlı olaraq ziyarət etmişdi.

Muzeyin rəsmi internet səhifəsindəki hesaba üzv olanların sayı isə 9 milyona çatıb.

view 2055 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news