Mədəniyyət naziri Adil Kərimli və nazirlik əməkdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.
Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayıb.
2023-cü ilin 100 illik yubileyini qeyd edən universitet üçün əlamətdar olduğunu vurğulayan rektor naziri son illərdə ali məktəbin fəaliyyətindəki yeniliklərlə tanış edib.
- Şeir yazmağa Stalinə görə başladı, evli ola-ola bir qadına vuruldu, arvadı sevgilisinə yazdığı şeirləri gizli oxudu – Musa Yaqubun nağıl kimi həyatı
- Məşhur aktyor qadın oldu FOTO
- Aqil Abbas səhhətində yaranan problemdən danışdı
Nazir Teatr sənəti, Rəssamlıq fakültələri və Audiovizual sənətlər fakültəsinin studiyası ilə tanış olub, dekanlarla görüşərək fikir mübadiləsi aparıb.
Daha sonra qonaqlar ADMİU Sabah kursları II tədris ili tələbələrinin ifasında Əməkdar artist Nofəl Vəliyevin quruluşunda Bertolt Brextin "Teresa Karranın tüfəngləri" tamaşasını izləyiblər.