Adil Kərimli: "Kino Agentliyinin fəaliyyətə başlaması üçün bütün addımlar tamamlanıb"

Adil Kərimli:  "Kino Agentliyinin fəaliyyətə başlaması üçün bütün addımlar tamamlanıb"
calendar 20 aprel 2023
clock 11:40

"Kino Agentliyinin fəaliyyətə başlaması üçün bütün addımlar tamamlanıb".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.

Adil Kərimli bildirib ki, ölkədə kinematoqrafiya sahəsində şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Kino Agentliyinin yaradılması Azərbaycan kino sənətinin inkişafında yeni bir mərhələnin əsasını qoyub: “Mədəniyyət Nazirliyi aidiyyəti qurumlarla birgə Agentliyin fəaliyyətə başlaması üçün tələb olunan bütün lazımi işləri tamamlayıb. Kino Agentliyinin yaradılması Azərbaycan kinosuna gələcəkdə Agentlik vasitəsi ilə bir çox yeni beynəlxalq birgə layihələrdə iştirak etmək, “Evroimaj” kimi bir sıra nüfuzlu beynəlxalq platformalara qoşularaq birgə kino istehsalında iştirak, Azərbaycan kinematoqrafiyasına yeni təcrübələr gətirmək, eləcə də audiovizual sahənin iqtisadi fəallığını artırmaq imkanı yaradacaq”.

view 1178 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news