Adil Kərimli "Nəsimi" filminin ikinci rejissorunu evində ziyarət etdi

Adil Kərimli "Nəsimi" filminin ikinci rejissorunu evində ziyarət etdi
calendar 2 dekabr 2023
clock 16:44

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 2-də tanınmış kinorejissor, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmovu evində ziyarət edib.

Kulis. Az xəbər verir ki, nazir kinematoqrafçının Azərbaycan kinosuna verdiyi töhfələri yüksək qiymətləndirdiyini bildirib, ona nazirliyin Fəxri diplomunu təqdim edib.

Akif Rüstəmov ona göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, ömrünün 55 ilini kinoya həsr edən Akif Rüstəmov "Azərbaycanfilm” kinostudiyasında lentə alınan 40-dək ekran əsərində (“Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, "Babək", "Nizami", "Dərviş Parisi partladır", "Bağ mövsümü", "Güllələnmə təxirə salınır" və s.) ikinci rejissor kimi çalışıb.

view 903 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news