Afət Fərmanqızı ittiham olunacaq - Səbəb

Afət Fərmanqızı ittiham olunacaq - Səbəb
calendar 9 mart 2022
clock 23:19

Müğənni Afət Həsənova (Fərmanqızı) barəsində xüsusi ittiham qaydasında şikayət olunub.

APA xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə müğənninin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir. Şikayəti hakim(apa) Mahirə Kərimova araşdıracaq.

Qeyd edək ki, Afət Fərmanqızı kimi tanınan müğənni Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.
Müğənni ötən həftə məhkəmədə ifadə verib.

view 3973 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news